Şənbə, 04 May

Çexiya Ukraynaya "Mi-24V" helikopterlərini təhvil verəcək

image

Çexiya ABŞ-dən yeni helikopterlər alır və köhnə "Mi-24V"ləri istismardan çıxararaq Ukraynaya təhvil verməyi planlaşdırır.

Xəbər verilir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

Onun sözlərinə görə, ABŞ-dən UH-1Y Venom və AH-1Z Viper helikopterləri alacaq.

Baş Qərargah rəisi Karel Rzeka bildirib ki, NATO və Çexiya Rusiyanın hərəkətlərinə reaksiya verir.

Onun sözlərinə görə, ordu əsas diqqəti döyüş qabiliyyətinə və yüksək hazırlıq səviyyəsinə yönəltməlidir. Rzeka əlavə edib ki, Çexiya mümkün qədər tez sovet istehsalı olan texnologiyadan asılılıqdan qurtulmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15